Nazirlər Kabineti qərar imzalayıb Nazirlər Kabineti qərar imzalayıb
  • Toplum
  • 16 Yanvar 2021 10:41
  •  7 291

Bu tarixdə kafe və restoranlar açılacaq

Nazirlər Kabineti qərar imzalayıb

1 fevral saat 00:00-dan etibarən ölkə ərazisində ictimai iaşə obyektləri, eləcə də restoran, kafe və çay evləri və bu kimi digər məkanlarda müştərilərə saat 06:00-dan 00:00-dək yerində xidmətlər bərpa olunur.

AzNews.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın karantin rejiminin yumşaldılması ilə bağlı qərarırda bildirilir.

Qeyd olunub ki, fəaliyyətinə icazə verilən iş və xidmət sahələrində pandemiya dövrü ilə əlaqədar Nazirlər Kabinetinin müvafiq qərarları ilə müəyyən edilmiş məhdudiyyət və tələblərə ciddi riayət olunmalıdır