• Toplum
  • 20 Yanvar 15:20
  •  3 226

Sex də yandı, maşın da

Yanğın zamanı bir nəfər xəsarət alıb

Bakıda yanğın hadisəsi qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən AzNews.az-a bildirilib ki, Nərimanov rayonunda ümumi sahəsi 1000 kvadrat metr olan mebel sexinin yanar konstruksiyaları və içərisinə yığılan boya məhsulları 40 kvadrat metr sahədə yanıb.

Məlumata görə, yanğın zamanı ona bitişik ümumi sahəsi 40 kvadrat metr olan avtomobil təmiri sexinin yanar konstruksiyaları və içərisində təmirə dayanan ”Opel” markalı minik avtomobilinin yanar hissələri yanıb.

Yanğın zamanı bir nəfər xəsarət alıb.