Yolların buz bağlayacağı ehtimal olunur Yolların buz bağlayacağı ehtimal olunur
  • Toplum
  • 21 Yanvar 2021 09:39
  •  10 329

Bakıya ilk qar yağdı - FOTO

Yolların buz bağlayacağı ehtimal olunur

Bu gün Bakıya builki qış fəslinin ilk qarı yağıb.

Ötən gecədən başlayan sulu qar sonradan qara çevrilib. Havanın temperaturu çox aşağı olmasa da, paytaxt sakinləri uzun zamandan sonra qışı hiss edə biliblər.

Qar daha çox Yasamal, Nizami və Xətai rayonlarına düşüb. Qarlı hava səbəbindən sözügedən ərazilərdə avtomobillər arasında sıxlıq müşahidə olunur.

Xatırladaq ki, Milli Hidrometeorologiya Xidmətindən Bakıda və Abşeron yarımadasında yanvarın 19-u axşamdan başlayaraq 21-i axşamadək hava şəraitinin dəyişəcəyi, arabir yağıntılı olacağı, bəzi yerlərdə yağışın sulu qara və qara keçəcəyi bildirilmişdi.

Şimal-qərb küləyi 15-20 m/s, arabir 23-28 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8 dərəcə aşağı enəcək. 21-22-də gecə saatlarında yolların buz bağlayacağı ehtimal olunur. (Trend)

AzNews.az

FOTO: Zaur Mustafayev

image description image description image description image description image description image description image description image description image description image description image description