- Toplum
- 24 Yanvar 2021 20:27
- 5 150
Bakıda yaşayış binasında yanğın
 
            Dadaş Bünyadzadə küçəsində çoxmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində təmirdə olan mənzilin eyvanında su qızdırıcısı və yataq dəsti 6 m² sahədə yanıb
Bakının Yasamal rayonunda yanğın baş verib.
AzNews.az FHN-ə istinadən xəbər verir ki, Dadaş Bünyadzadə küçəsində çoxmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində təmirdə olan mənzilin eyvanında su qızdırıcısı və yataq dəsti 6 m² sahədə yanıb.
Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən həyata keçirilən operativ və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb. Mənzilin qalan hissəsi və bina yanğından mühafizə olunub.
 
                 
                             
                             
                             
                             
                             
                            