- Toplum
- 26 Yanvar 2021 12:30
- 8 471
Bu halda yoluxmaların sayı yenidən arta bilər

Virus cəmiyyət içərisində tam aradan qalxmayıb
Son günlər Covid-19 virusuna yoluxanların sayında kəskin azalma müşahidə olunur.
Bu haqda AzNews.az-a danışan infeksionist Vüqar Cavadzadə azalmanın əsas səbəbi kimi sərt karantin qaydalarının tətbiqini göstərib.
“Virusa yoluxmanın kəskin azalmasının səbəbi sərt karantin tədbirlərinin tətbiq edilməsi oldu. Sərt karantin zamanı insanların bir-birilə təması azaldı və digər profilaktik tədbirlərə əməl olundu. Virus cəmiyyət içərisində tam aradan qalxmayıb, sadəcə gündəlik yoluxmaların sayı azalıb. Əgər profilaktik tədbirlərə əməl edilməsə, yoluxmaların sayı yenidən arta bilər”, - deyə V. Cavadzadə bildirib.
Səidə
AzNews.az