Onların yaşayışının diqqətdə saxlanacağı bildirilib Onların yaşayışının diqqətdə saxlanacağı bildirilib
  • Toplum
  • 28 Yanvar 2021 15:14
  •  3 485

Nazirlik əməkdaşları qazimizi ziyarət ediblər

Onların yaşayışının diqqətdə saxlanacağı bildirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları Vətən müharibəsinin qazisi Abdurahmanov Dəniz Əziz oğlunu ziyarət ediblər.

Nazirlikdən AzNews.az-a verilən məlumata görə, Zaqatala rayonu, Lahıc kənd sakini D.Abdurahmanov döyüşlərdə yaralanıb və hazırda müalicəsini evdə, ailəsinin yanında davam etdirir.

Qazinin ailəsinin sosial vəziyyəti öyrənilib. 24 yaşlı Dəniz Abdurahmanov özü müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi çalışıb. Atası müharibə veteranı kimi aylıq təqaüdlə təmin olunur, anası evdar qadındır. Dəstək məqsədilə ilk növbədə ailə üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik təsərrüfat yaradılması qərara alınıb. Eyni zamanda, qazinin əlilliyinin qiyimətləndirilməsi aparılacaq və əlillik dərəcəsi təyin edildiyi halda ona birdəfəlik sığorta ödənişi, aylıq əsasda sosial ödənişlər təyin olunacaq.

Bu barədə D. Abdurahmanova və ailə üzvlərinə məlumat verilib, onların yaşayışının diqqətdə saxlanacağı bildirilib.