Bu, siyasətçilər və dövlət vəzifələri tutmağa hazırlaşanların təhsil alacağı ilk siyasi akademiyadır Bu, siyasətçilər və dövlət vəzifələri tutmağa hazırlaşanların təhsil alacağı ilk siyasi akademiyadır
  • Toplum
  • 11 Fevral 2021 11:00
  •  4 299

Qafqazda akademiya açılıb - Siyasi liderlər yetişdirəcək

Bu, siyasətçilər və dövlət vəzifələri tutmağa hazırlaşanların təhsil alacağı ilk siyasi akademiyadır

Qafqaz regionunda Birlik – Apolitik (qeyri-siyasi) Akademiya açılıb.

AzNews.az xəbər verir ki, təsisat Qlobal Apolitik Akademiyanın bölməsi kimi fəaliyyət göstərəcək.

Birlik – Apolitik Akademiyanın təsisçiləri Gürcüstanın keçmiş iqtisadiyyat və dayanıqlı inkişaf naziri Vera Kobaliya, Fermerlər Assosiasiyasının sədri Nino Zambaxidze və Maliyyə Nazirliyi Aparatının sabiq rəhbəri Valeri Çexeriyadır.

“Birlik” bölgədə siyasətçilər və dövlət vəzifələri tutmağa hazırlaşanların təhsil alacağı ilk siyasi akademiyadır. Qeyri-kommersiya təşkilatı Gürcüstan, Azərbaycan, Ermənistan və Şimali Qafqazda etik və novatar siyasi liderlər şəbəkəsini gücləndirməyi hədəfləyib.