Operativ Qərargah məlumat yayıb Operativ Qərargah məlumat yayıb
  • Toplum
  • 2 Mart 2021 14:23
  •  4 168

Azərbaycanda koronavirusa yoluxma artdı

Operativ Qərargah məlumat yayıb

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 352 yeni yoluxma faktı qeydə alınıb, 143 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzNews.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 235 014 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 228 982 nəfər müalicə olunaraq sağalıb, 3 225 nəfər vəfat edib, aktiv xəstə sayı 2 807 nəfərdir.

Ölkədə son sutka ərzində 7996, hazırkı dövrədək isə 2610880 test aparılıb.