Bu, Nazirlər Kabinetinin 2020-ci il üzrə hesabatında əksini tapıb Bu, Nazirlər Kabinetinin 2020-ci il üzrə hesabatında əksini tapıb
  • Toplum
  • 9 Mart 2021 16:43
  •  5 049

Ötən il nazirlik koronavirusla bağlı 78.2 min yaxma götürüb

Bu, Nazirlər Kabinetinin 2020-ci il üzrə hesabatında əksini tapıb

Ötən il ambulator-poliklinik və profilaktik tədbirlərin operativliyinin təmin edilməsi məqsədilə Səhiyyə Nazirliyinə ayrılmış vəsait hesabına 130 ədəd minik avtomobili alınıb.

AzNews.az-ın məlumatına görə, bu, Nazirlər Kabinetinin 2020-ci il üzrə hesabatında əksini tapıb.

Məlumata əsasən, Bakı şəhəri üzrə 232.9 min nəfər ambulator müşahidəyə götürülüb, onlardan təxminən 89.0 min nəfərdə COVID-19 xəstəliyi aşkar edilib. Məntəqələr tərəfindən 78.2 min yaxma götürülüb, 31.4 min xəstəyə dövlət hesabına dərman preparatları çatdırılıb.