Lokal xarakter daşıyır Lokal xarakter daşıyır
  • Toplum
  • 6 Aprel 2021 12:46
  •  5 473

Tozlu havanın səbəbi açıqlandı

Lokal xarakter daşıyır

Havada toz dumanı müşahidə olunur.

Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, bu gün səhər saatlarında Bakı və Abşeron yarmadasında havada tozun miqdarının normadan çox olduğu müəyyən edilib. Müşahidə olunan tozlu hava şəraiti lokal xarakter daşıyır.

Bildirilib ki, buna səbəb ölkə ərazisinə daxil olan güclü şimal-qərb istiqamətli küləklərin istehsal sahələrində və torpağın üst quru səthində formalaşan toz kütlələrini atmosferin yuxarı təbəqələrinə qaldırmasıdır.

Avtomat monitorinq stansiyalarından əldə olunan məlumata görə, havada tozun miqdarı normadan 1.4 dəfə artıqdır.