Məsələ müzakirə olunub və müsbət istiqamətdə həll olunacağına dair qərara gəlinib Məsələ müzakirə olunub və müsbət istiqamətdə həll olunacağına dair qərara gəlinib
  • Toplum
  • 19 Aprel 2021 12:09
  •  3 429

Bu məktəbin 30 şagirdi imtahana buraxılmadı - Məsələyə Nazirlik qarışdı

Məsələ müzakirə olunub və müsbət istiqamətdə həll olunacağına dair qərara gəlinib

Xəzər rayonunun Yeni Qala qəsəbəsində yerləşən 323 nömrəli tam orta məktəbdə təhsil alan bir qrup şagirdin valideyni bu gün Təhsil Nazirliyinin qarşısına toplaşıb.

AzNews.az Modern.az-a istinadən xəbər verir ki, valideynlər buraxılış imtahanında iştirak edə bilməyən övladlarının aqibəti ilə bağlı nazirliyin rəsmi nümayəndələri ilə görüşmək istəyib.

Təhsil Nazirliyindən bildirilib ki, məsələ artıq yoluna qoyulub:

“Xəzər rayonunun Yeni Qala qəsəbəsində yerləşən 323 nömrəli tam orta məktəbdə təhsil alan bir qrup şagirdin valideyni 19 aprel tarixində Təhsil Nazirliyin məsul şəxsləri tərəfindən qəbul edilib, məsələ müzakirə olunmuş və müsbət istiqamətdə həll olunacağına dair qərara gəlinib”.