- Toplum
- 19 Aprel 2021 12:38
- 3 487
Əhalimizin neçə faizi peyvənd olunub?

Vaksinasiyadan keçməyən əhali 91 faiz təşkil edir
Azərbaycanda ümumi əhalinin 9 faizi COVID-19-a qarşı peyvənd olunub.
AzNews.az koronavirusinfo.az saytına istinadən xəbər verir ki, vaksinasiyadan keçməyən əhali 91 faiz təşkil edir.
Ölkədə 18 yanvar 2021-ci ildən indiyədək ümumilikdə 1337361 nəfərə COVID-19 əlyehinə vaksin vurulub. Onlardan birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 889216 nəfər, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 448145 nəfərdir.