Tozun orta sutkalıq qatılığı normadan 3.2, günün bəzi saatlarında isə 4.7 dəfə yüksək olub Tozun orta sutkalıq qatılığı normadan 3.2, günün bəzi saatlarında isə 4.7 dəfə yüksək olub
  • Toplum
  • 23 Aprel 2021 17:58
  •  3 928

Havadakı toz axşam saatlarından etibarən azalacaq

Tozun orta sutkalıq qatılığı normadan 3.2, günün bəzi saatlarında isə 4.7 dəfə yüksək olub

Bu gün Bakı və Abşeron yarımadasında gecə və səhər saatlarında tozun miqdarının normadan 5.9 dəfə çox olduğu qeydə alınıb.

Milli Hidrometeorologiya Xidmətindən AzNews.az-a verilən məlumata görə, 22 aprel tarixində isə gün ərzində tozla bağlı orta çirklənmə, günün bəzi saatlarında isə yüksək çirklənmə səviyyəsi qeydə alınıb. Belə ki, tozun orta sutkalıq qatılığı normadan 3.2, günün bəzi saatlarında isə 4.7 dəfə yüksək olub.

Qeyd edək ki, müşahidə olunan tozlu hava şəraiti lokal xarakter daşıyır. Tozlu havaya səbəb şimal-qərb küləyinin güclənməsi nəticəsində istehsal sahələrində və torpağın üst səthində formalaşan toz kütlələrinin atmosferin yuxarı təbəqələrinə qalxmasıdır.

Bakı və Abşeron yarımadasında müşahidə olunan güclü şimal-qərb istiqamətli küləyin axşam saatlarından başlayaraq tədricən zəifləməsi (8-13 m/s) nəticəsində havada olan tozun konsentrasiyasının azalması gözlənilir.