Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb
  • Toplum
  • 4 May 2021 17:54
  •  4 896

Daha bir müəllim koronavirusun qurbanı oldu

Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb

Bakı şəhəri Xətai rayonu 265 nömrəli tam orta məktəbin rus dili müəllimi Yeganə Əliyeva koronavirusdan vəfat edib.

AzNews.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

“COVID-19”a yoluxan 62 yaşlı müəllimin bu gün dünyasını dəyişdiyi bildirilir.

Qeyd edək ki, Y. Əliyeva M.F.Axundov adına Rus dili və Ədəbiyyatı İnstitutunu (indiki Bakı Slavyan Universiteti) bitirib. 1982-ci ildən əmək fəaliyyətinə başlayıb.