Alternativ yollardan istifadə etmələri tövsiyə olunur Alternativ yollardan istifadə etmələri tövsiyə olunur
  • Toplum
  • 6 May 2021 17:42
  •  5 550

Bu yolda hərəkət məhdudlaşdırılır

Alternativ yollardan istifadə etmələri tövsiyə olunur

May ayının 7-dən etibarən Bakı şəhəri, Yasamal rayonu, keçmiş “Sovetski” kimi tanınan ərazidə yerləşən “Mərkəzi Park”ın tikintisi layihəsinin II mərhələsinin tikintisi və Park ətrafı küçələrin bir hissəsinin yenidən qurulması məqsədilə Bəşir Səfəroğlu küçəsinin Nəriman Nərimanov prospekti ilə İsmayıl bəy Qutqaşınlı küçəsi arasında olan hissəsi yenidənqurma işlərinə bağlanır.

AzNews.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb. Qeyd olunub ki, sürücülərdən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.