Hadisə zamanı “Lexus”da olan 1 nəfər... Hadisə zamanı “Lexus”da olan 1 nəfər...
  • Toplum
  • 10 May 2021 22:31
  •  6 765

Bakıda 7 avtomobil qəzaya uğrayıb, xəsarət alan var - FOTO

Hadisə zamanı “Lexus”da olan 1 nəfər...

Aznews.az xəbər verir ki, Füzuli küçəsində qeydə alınan qəzada 7 avtomobilə ciddi ziyan dəyib.

İlkin məlumata görə, “Mercedes” markalı minik avtomobilinin sürücüsü yüksək sürətlə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi əvvəlcə “Lexus” və “Toyota” markalı avtomobillərə çırpılıb.

Zərbənin gücündən “Mercedes” daha sonra yol kənarında hərəkətsiz dayanmış 2 “Hyundai” markalı, eyni zamanda “Ford” və “Mitsubishi” markalı minik avtomobillərinə çırpılıb.

Hadisə zamanı “Lexus”da olan 1 nəfər xəsarət alıb.

Dərhal əraziyə polis və təcili tibbi yardım briqadasının əməkdaşları cəlb edilib.
Hadisənin başvermə səbəbləri araşdırılır.

image description image description image description image description image description image description