Reytinqdə ilk üçlüyü ABŞ-ın "Ford" şirkəti tamamlayır Reytinqdə ilk üçlüyü ABŞ-ın "Ford" şirkəti tamamlayır
  • Toplum
  • 17 May 2021 21:59
  •  4 624

Dünyada ən çox satılan avtomobillər hansılardır?

Reytinqdə ilk üçlüyü ABŞ-ın "Ford" şirkəti tamamlayır

2021-ci ilin birinci rübündə dünya avtomobil şirkətlərinin satışları artıb.

Aznews.az xəbər verir ki, bu ilin ilk üç ayı ərazində Yaponiyanın "Toyota" şirkəti dünya avtomobil bazarının 11,3 faizini təşkil edib.

Qeyd olunur ki, şirkət 2021-ci ilin yanvar-mart aylarında 2,06 milyon avtomobil satıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,3 faiz çoxdur.

İkinci yerdə 1,2 milyon avtomobil satışı ilə (6,1 faiz artım) "Volkswagen" (Almaniya) qərarlaşıb. "Volkswagen"in hesabat dövründə dünya avtomobil bazarında payı 6,6 faiz təşkil edib.

Reytinqdə ilk üçlüyü ABŞ-ın "Ford" şirkəti tamamlayır. Şirkət bu ilin birinci rübündə 1,01 milyon avtomobil satıb.

Növbəti sıralalarda "Hyundai" (0,95 milyon avtomobil) və "Nissan" (0,885 milyon) şirkətləri qərarlaşıb