30 manatlıq müayinə ödənişləri artıq tələb olunmayacaq 30 manatlıq müayinə ödənişləri artıq tələb olunmayacaq
  • Toplum
  • 11 İyun 2021 16:45
  •  5 288

Özəl klinikalardakı vaksin müayinəsi ödənişləri ləğv edildi

30 manatlıq müayinə ödənişləri artıq tələb olunmayacaq

“Pfizer” vaksinini vurdurmaq üçün özəl klinikalarda peyvənddən əvvəl tibbi müayinə məqsədilə tələb olunan ödənişlər ləğv olunub.

“Leyla Medical Center” və “Caspian İnternational Hospital”dan bildirilib ki, 30 manatlıq müayinə ödənişləri artıq tələb olunmayacaq.

Xatırladaq ki, "Pfizer” vaksininin istifadəsi Bakı Sağlamlıq Mərkəzində və Zərifə Əliyeva 5 ünvanında yerləşən Mərkəzi Klinik Xəstəxanasının ambulatoriyası, “Leyla Medical Center”, “Caspian İnternational Hospital” və M.Ə.Əfəndiyev adına 2 saylı Şəhər Klinik Xəstəxanasında aparılır.