Ümumilikdə ötən sutka ərzində 5 nəfər xilas olunub Ümumilikdə ötən sutka ərzində 5 nəfər xilas olunub
  • Toplum
  • 13 İyun 2021 15:39
  •  6 131

Batma təhlükəsi ilə üzləşən 2 nəfər xilas olunub

Ümumilikdə ötən sutka ərzində 5 nəfər xilas olunub

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında FHN-in aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 61 yanğına çıxış, 3 halda köməksiz vəziyyətdə qalma və 1 intihara cəhd faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

FHN-dən AzNews.az-a verilən məlumata görə, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə ötən sutka ərzində 5 nəfər, o cümlədən dənizdə batma təhlükəsi ilə üzləşmiş 2 nəfər və intihara cəhd edən 1 nəfər xilas olunub.