Hər iki qardaş “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif ediliblər Hər iki qardaş “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif ediliblər
  • Toplum
  • 24 İyun 2021 17:52
  •  18 584

Ataları ilə birgə döyüşüb təltif edilən qardaşlar

Hər iki qardaş “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif ediliblər

Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamlara əsasən təltif edilənlər arasında Vətən müharibəsində ataları ilə birgə iştirak edən iki qardaş - Qocayev Ayxan Qəzənfər oğlu və Qocayev Müzəffər Qəzənfər oğlu da var.

AzNews.az xəbər verir ki, hər iki qardaş “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif ediliblər.

Ata Qocayev Qəzənfər Müzəffər oğlu özü isə Birinci Qarabağ müharibəsi qazisidir. O, İkinci Qarabağ savaşı başlanan gündən oğlanları ilə birlikdə könüllü döyüşə yollanıb. Böyük oğlu Müzəffər Qocayev müharibə başlananda hərbi xidmətdə olub. Şəkidə kollecdə təhsil alan kiçik oğlu Ayxan Qocayev isə qardaşını tək qoymamaq üçün cəbhəyə yollanıb.

Qocayevlər Cəbrayıl, Qubadlı, Zəngilan, Xocavənd istiqamətindəki döyüşlərdə iştirak ediblər, Şuşaətrafı və Qırmızı bazar adlanan əraziyə qədər gedib çıxıblar.