İsti vaxtlarda yaşlı, həssas insanlar özlərini daha çox qorumalıdırlar İsti vaxtlarda yaşlı, həssas insanlar özlərini daha çox qorumalıdırlar
  • Toplum
  • 1 İyul 2021 16:45
  •  3 595

Təcili Yardımdan günvurma açıqlaması: 19 nəfər müraciət edib

İsti vaxtlarda yaşlı, həssas insanlar özlərini daha çox qorumalıdırlar

“Mövsum başlayandan Təcili Yardıma günvurmadan 19 müraciət olub. 7 xəstə stasionara yerləşdirilib, digərlərinə yerində yardım göstərilərək, evə buraxılıblar”

AzNews.az xəbər verir ki, bunu Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməliyyat işləri üzrə baş həkimin müavini Nuridə Fərzəliyeva “Günvurma” ilə bağlı sualları cavablandırarkən bildirib.

Həkim qeyd edib ki, isti vaxtlarda yaşlı, həssas insanlar özlərini daha çox qorumalıdırlar:

“Bu, ürək tutmalarına, huş itirilməsinə gətirib çıxarır. Ümumilikdə ən çox uşaqlar, yaşlılar və artıq çəkisi olanlar günvurmaya məruz qalır”.

Fərzəliyevanın sözlərinə görə, günvurma nəticəsində tərləmə uzun müddət davam edirsə, bu ağırlaşmalara gətirib çıxarır:

“Bu zaman orqanizmdə su və duzun miqdarı poozulur. Günvurma təhlükəsi günün qızmar vaxtlarında - səhər saat 11-12-dən axşam 17-18-ə kimi davam edir. Yüngül əlamətlər başlayarsa, insan bunu hiss edir. Bu zaman başgicəllənmə, göz önündə qara nöqtələrin sayrışması, ürəkbulanma kimi hallar olur. İnsan gün vurmanı dərhal hiss edib fikir verməzsə, bu zaman günvurmanın təsiri ağırlaşır”.