- Toplum
- 5 İyul 2021 21:14
- 7 582
Neftçalada dənizdə 3 nəfər BATDI

Hadisə rayonun Şirvanlı kəndində qeydə alınıb
Neftçalada dənizdə 3 nəfər boğulub.
Aznews.az xəbər verir ki, hadisə rayonun Şirvanlı kəndində qeydə alınıb. Onlardan ikisinin nəşi çıxarılaraq məhkəmə-tibbi ekspertizaya göndərilib, meyitlərin şəxsiyyətləri müəyyənləşdirilir.
Hadisə yerinə cəlb olunan FHN-nin xilasediciləri digər 1 nəfərin tapılması istiqamətində axtarışları davam etdirirlər.
Faktla bağlı araşdırma aparılır.