Hadisə şəhərin “Yaşıldərə” yaşayış massivində qeydə alınıb Hadisə şəhərin “Yaşıldərə” yaşayış massivində qeydə alınıb
  • Toplum
  • 6 İyul 2021 22:06
  •  5 447

Sumqayıtda yeni doğulmuş qız uşağını zibil qabına ATIBLAR

Hadisə şəhərin “Yaşıldərə” yaşayış massivində qeydə alınıb

Sumqayıtda zibil qabından yeni doğulmuş qız uşağı tapılıb.

Aznews.az xəbər verir ki, hadisə şəhərin “Yaşıldərə” yaşayış massivində qeydə alınıb.

Belə ki, sakinlərdən biri zibil atarkən səs eşidib və orada yeni doğulmuş qız uşağının olduğunu görüb. O, polisə müraciət edib və yeni doğulmuş körpə Sumqayıt Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən Perinatal mərkəzə yerləşdirilib. Körpənin vəziyyəti hazırda kafidir.

Faktla bağlı araşdırma aparılır.