"Yoluxma artır, amma bunu "Delta" ştammı ilə əlaqələndirə bilmərik" "Yoluxma artır, amma bunu "Delta" ştammı ilə əlaqələndirə bilmərik"
  • Toplum
  • 13 İyul 2021 17:22
  •  14 775

Sərt karantin rejimi qayıdır?

"Yoluxma artır, amma bunu "Delta" ştammı ilə əlaqələndirə bilmərik"

Bunu Milli.Az-a açıqlamasında infeksionist İlahə Vəliyeva deyib.

O bildirib ki, sərt karantin rejimi "Delta" ştammının qarşısını almaq üçün yetərli olmaya bilər:

"Delta" ştammı üzərində hələ araşdırmalar gedir. Ona görə də, analizlərin nəticələri tam məlum olmadan bu barədə danışmaq düzgün olmaz.

COVİD-in yeni ştammının ölkəmizdə yayılmasının qarşısını almaq üçün sərt karantin rejimi tətbiq etməyi düzgün hesab etmirəm. Sərt karantin rejimi tibbi maskadan istifadə, sosial məsafəyə düzgün riayət etmək kimi qaydalara nəzarəti gücləndirməkdən ibarət ola bilər. Bu qaydalara ciddi nəzarəti artırmaqla yoluxmanın qarşısını almaqda uğur əldə etmək olar. Amma sərt karantin rejiminin yenidən tətbiqi ilə razı deyiləm, çünki bu, istənilən nəticəni verməyə bilər".