Əmr imzalanıb Əmr imzalanıb
  • Toplum
  • 17 İyul 2021 10:52
  •  3 917

Şəhid jurnalistlər medalla təltif olunub

Əmr imzalanıb

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən şəhid media nümayəndələri Məhərrəm İbrahimov və Sirac Abışov təltif edilib.

AzNews.az xəbər verir ki, bununla bağlı Dövlət Xidmətinin rəisi, general-polkovnik Arzu Rəhimov əmr imzalayıb.

Əmrə əsasən, İbrahimov Məhərrəm Əli oğlu və Abışov Sirac Abış oğlu “Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərə görə” medalı ilə təltif ediliblər.