COVID-19-a yoluxmuş xəstələrə yardım göstərən... COVID-19-a yoluxmuş xəstələrə yardım göstərən...
  • Toplum
  • 26 İyul 2021 21:57
  •  5 016

Tibb işçilərinin əməkhaqlarına əlavənin verilməsi müddəti uzadılıb

COVID-19-a yoluxmuş xəstələrə yardım göstərən...

Nazirlər Kabineti “Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulatory-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” qərarında dəyişiklik edib.

Aznews.az xəbər verir ki, qərara əsasən, Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulatorpoliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına əlavənin ödənilməsi müddəti avqustun 1-dək uzadılıb.