Təlim proqramı 1-5 avqust 2021-ci il tarixlərini əhatə edəcək Təlim proqramı 1-5 avqust 2021-ci il tarixlərini əhatə edəcək
  • Toplum
  • 1 Avqust 2021 12:12
  •  5 611

"Jurnalistlərin münaqişə zonasında davranışları” təlimi keçirilir

Təlim proqramı 1-5 avqust 2021-ci il tarixlərini əhatə edəcək

Azərbaycan Respublikasının Medianın İnkişaf Agentliyi, ADA Universiteti, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) birgə təşkilatçılığı ilə “Al Jazeera” media şəbəkəsinin Azərbaycanın media nümayəndələri üçün “Jurnalistlərin münaqişə zonasında davranışları: Təhlükəsizlik və mühafizə qaydaları” mövzusunda təlim proqramı başlayıb.

AzNews.az xəbər verir ki, seminar silsiləsinin açılış mərasimində BAMF-ın prezidenti Umud Mirzəyev, Mətbuat Şurasının sədri Əflatun Amaşov, Medianın İnkişaf Agentliyinin Media subyektləri və Jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədli, “Al Jazeera” media şəbəkəsinin İctimai Azadlıqlar və İnsan haqları mərkəzinin direktoru, nümayəndə heyətinin rəhbəri Sami Əl Hacc və beynəlxalq təlimçi Bevan David Ris çıxış edərək, təlim proqramının iştirakçılarını mövzu ətrafında təqdim ediləcək mühazirələrə diqqətlə yanaşmağı tövsiyə edərək, eyni zamanda onları müzakirələrdə fəal olmağa çağırıb.

Seminar qaydaları ilə tanışlıqdan sonra təlim proqramına start verilib və “Jurnalistlər üçün Risk Təhlili və Əməliyyat Planlaşdırılması” mövzusunda ilk mühazirə dinlənilib. Daha sonra digər çıxışlarda “Xəbər toplamaqda riskin qiymətləndirilməsi” və “Ballistik təhlükə” məsələlərinə də toxunulub.

Qeyd edək ki, 1-5 avqust 2021-ci il tarixlərini əhatə edəcək təlim proqramında müxtəlif media subyektlərindən 25 nümayəndə iştirak edəcək.