- Toplum
- 23 Avqust 2021 20:37
- 10 537
COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlandı
Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 279, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 69 nəfərdir
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 348 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Aznews.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 279, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 69 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 6 170 724, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 3 713 422 , ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 457 302 təşkil edir.