FHN məlumat yayıb FHN məlumat yayıb
  • Toplum
  • 14 Sentyabr 2021 10:44
  •  2 712

Ötən gün 49 yanğına çıxış olub, 4 nəfər xilas edilib

FHN məlumat yayıb

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (FHN) üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

AzNews.az-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 49 yanğına çıxış və 3 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, ötən sutka ərzində 4 nəfər, o cümlədən Şamaxı rayonunun Muğanlı kəndində su quyusuna düşərək təhlükəli vəziyyətdə qalmış 1963-cü il təvəllüdlü Bədəlov İsa Musa oğlu yanğınsöndürən-xilasedicilər tərəfindən xilas edilib.