- Toplum
- 15 Sentyabr 2021 08:29
- 6 626
Bu gün I sinfə şagird qəbulu yekunlaşır

Təhsil Nazirliyi məlumat yayıb
Bu gün 2021-2022-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulu prosesi başa çatacaq.
Bu barədə Təhsil Nazirliyi məlumat yayıb.
Məlumata görə, birinci sinfə şagird qəbulu üzrə elektron portal (www.mektebeqebul.edu.az) bu gün saat 18:00-da bağlanacaq.
Qeyd edək ki, aprelin 27-dən 2021-2022-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start verilib.