29 nəfər ölüb 29 nəfər ölüb
  • Toplum
  • 18 Sentyabr 2021 15:30
  •  3 726

Yoluxma artdı

29 nəfər ölüb

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2042 yeni yoluxma faktı qeydə alınıb, 3224 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Aznews.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 470985 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 430717 nəfər müalicə olunaraq sağalıb, 6280 nəfər vəfat edib, aktiv xəstə sayı 33988 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 15666, ötən müddət ərzində isə ümumilikdə 4731381 test aparılıb.