• Toplum
  • 22 Sentyabr 2021 18:10
  •  5 628

Delta ştammı Alfa, Beta, Qamma variantlarını həmişəlik aradan çıxarıb

Hazırda dünya üzrə bütün yoluxanların cəmi 1%-i digər mutasiya və klassik ştamma tutulub, 99% delta ştammının daşıyıcısıdır

Dünyanın 185 ölkəsində dominant koronavirus ştammı Deltadır.

Aznews.az xəbər verir ki, Delta virusun bütün digər variantlarını tam həmişəlik aradan çıxarıb.

Hazırda dünya üzrə bütün yoluxanların cəmi 1%-i digər mutasiya və klassik ştamma tutulub. 99% delta ştammının daşıyıcısıdır.

Bu barədə ÜST mütəxəssisləri mətbuat konfransında açıqlayıb.

Delta ilk dəfə 2021-ci ilin martında Hindistanda qeydə alınıb.

İldırım sürətli mutasiyanın sirri onun repriduktivliyinin əvvəlki koronavirusdan 2-3 dəfə yüksək olmasındadır.

Delta ştamm xəstəxanaya yerləşdirilən və ağırlaşan xəstələrin də sayını artırdı.