Analiz nümunələri müsbət çıxmış 24 nəfər vəfat edib Analiz nümunələri müsbət çıxmış 24 nəfər vəfat edib
  • Toplum
  • 3 Dekabr 2021 19:38
  •  4 509

Daha 1703 nəfər COVID-19-a yoluxdu

Analiz nümunələri müsbət çıxmış 24 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 703 yeni yoluxma faktı qeydə alınıb, 2 180 nəfər müalicə olunaraq sağalıb.

Aznews.az xəbər verir ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 24 nəfər vəfat edib

İndiyədək ölkədə ümumilikdə 593 588 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 560 999 nəfər müalicə olunaraq sağalıb, 7 929 nəfər vəfat edib, aktiv xəstə sayı 24660 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 211, ötən müddət ərzində isə ümumilikdə 5 578 401 test aparılıb.