"Azərsu" məlumat yayıb "Azərsu" məlumat yayıb
  • Toplum
  • 21 Yanvar 2022 17:55
  •  3 014

Nərimanov rayonunun bir hissəsində su kəsilib

"Azərsu" məlumat yayıb

Ceyranbatan-Binəqədi magistral su xəttinin Biləcəri qəsəbəsindən keçən hissəsində baş vermiş qəza ilə əlaqədar Bakının Nərimanov rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər yaranıb.

Bu barədə "Azərsu" ASC-dən bildirilib.

Məlumata görə, hazırda qəza briqadaları hadisə yerində işləyir və günün sonuna qədər qəza aradan qaldırılacaq.

Qurum yaranacaq narahatlıqla bağlı abunəçilərdən üzr istəyib.