Təqdimatlar videoya çəkilərək sonradan sosial şəbəkələrdə paylaşılıb Təqdimatlar videoya çəkilərək sonradan sosial şəbəkələrdə paylaşılıb
  • Toplum
  • 12 May 2022 20:13
  •  6 453

Gəncləri kitab oxumağa təşviq edən sosial çarx hazırlanıb - VİDEO

Təqdimatlar videoya çəkilərək sonradan sosial şəbəkələrdə paylaşılıb

Azərbaycanda ilk dəfə yeni üsulla gəncləri kitab oxumağa təşviq edən sosial çarx hazırlanıb.

AzNews.az xəbər verir ki, sosial çarxın əsas məqsədi mütaliənin insanların həyatında yaratdığı müsbət dəyişiklikləri göstərməkdir.

“İkinci şans” adlı sosial çarx Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Addım” Gənclərin İnkişaf Mərkəzi İctimai Birliyi tərəfindən hazırlanıb.

“Addım” Gənclərin İnkişaf Mərkəzi İctimai Birliyi tərəfindən “Kitabla terapiya adlı tədbirlərin təşkili” layihəsi çərçivəsində sosial çarx ilə yanaşı Bakı Dövlət Universiteti, Gəncə Dövlət Universiteti, Sumqayıt Dövlət Universitetində tələbələr üçün silsilə tədbirlər həyata keçirilib.

Tələbə-psixoloqlar olan iştirakçılara kitabla terapiya (biblioterapiya) üsulu təqdim edilib və bu üsulun tarixi, səmərəliliyi, praktik psixoloqun iş vəsaiti olaraq işləkliyi (hansı problemləri necə aradan qaldırması) barədə məlumatlar verilib.

İkinci istiqamət üzrə aparılmış iş isə “PsixoKitab” adlanır. Təşkilatın əvvəlcədən seçdiyi təqdimatçı tələbələr oxuduqları məşhur psixoloqların kitablarının təqdimatlarını ediblər.

Təqdimatlar videoya çəkilərək sonradan sosial şəbəkələrdə paylaşılıb. Layihə zamanı iştirakçılara kitabça, əlfəcin, sertifikat, dəftərxana ləvazimatları, disklər təqdim edilib.

“Addım” Gənclərin İnkişaf Mərkəzi İctimai Birliyi “Kitabla terapiya adlı tədbirlərin təşkili” layihəsinin icrasında dəstək olan Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə, Bakı Dövlət Universitetinə, Sumqayıt Dövlət Universitetinə, Gəncə Dövlət Universitetinə, Təhsil Nazirliyinin SABAH Mərkəzinə təşəkkür edir.

image description image description image description image description image description image description image description image description image description image description