İyun ayının əvvəllərində ölkə ərazisində hava şəraiti... İyun ayının əvvəllərində ölkə ərazisində hava şəraiti...
  • Toplum
  • 30 May 2022 20:33
  •  11 028

İyunun əvvəlində hava necə olacaq?

İyun ayının əvvəllərində ölkə ərazisində hava şəraiti...

İyun ayının əvvəllərində ölkə ərazisində hava şəraiti sabit, əksər rayonlarda yağmursuz keçəcək.

Aznews.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gündüz saatlarında bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı ehtimal olunur. Cənub istiqamətli külək əsəcək.

Havanın temperaturu günü-gündən yüksələrək, Bakıda və Abşeron yarımadasında 28-33°, Mərkəzi Aran rayonlarında 30-35°, dağlıq rayonlarda isə 18-23° isti olacaq.