Fövqəladə Hallar Nazirliyi (FHN) uşaqların təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib Fövqəladə Hallar Nazirliyi (FHN) uşaqların təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib
  • Toplum
  • 27 İyul 2022 15:42
  •  5 474

FHN uşaqların təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib

Fövqəladə Hallar Nazirliyi (FHN) uşaqların təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib

Müraciətdə deyilir:

"Nazirliyin “112” qaynar telefon xəttinə mütəmadi olaraq azyaşlıların təhlükəli vəziyyətdə qalması (əllərinin ətçəkən maşında ilişib qalması, əzalarının barmaqlıqlar arasında qalması və s.) ilə bağlı məlumatlar daxil olur. Bütün hallarda Nazirliyin müvafiq xilasetmə qüvvələri tərəfindən həyata keçirilən operativ əməliyyatlar sayəsində təhlükəli vəziyyətdə qalan azyaşlılar xilas olunur.

Bu kimi hadisələrlə bağlı aparılan təhlillər göstərir ki, uşaqların nəzarətsiz qalması onların həyat və sağlamlığı üçün birbaşa təhlükəli vəziyyətlərin yaranmasına səbəb olur.

Qeyd olunanları nəzərə alaraq, FHN bir daha valideynlərə müraciət edərək uşaqlara qarşı diqqətli olmağa və onları nəzarətsiz qoymamağa çağırır".