- Toplum
- 3 Avqust 2022 19:57
- 5 557
Azərbaycanın daha 32 məscidinə dini rəhbər təyin olunub

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi xəbər yayıb
İslam dininə aid ibadət yerlərində (məscidlər) vakant vəzifələrin tutulması üçün avqustun 3-də keçirilmiş müsahibənin nəticələri açıqlanıb.
Aznews.az bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə istinadən xəbər verir.
Qeyd edək ki, məscidlərdə vakant vəzifələrin tutulması üçün bu il mayın 24-dən iyunun 24-dək sənəd qəbulu aparılıb. Ümumilikdə 39 vakant vəzifənin tutulması üçün 270 namizədin sənədi qeydə alınıb.
Nəticələrlə bu linkdə tanış olmaq mümkündür.