- Toplum
- 4 Avqust 2022 10:35
- 7 058
Milli Arxiv İdarəsinin sabiq rəisi vəfat edib

O “Şöhrət” ordeni ilə təltif olunub
Milli Arxiv İdarəsinin sabiq rəisi, tarix elmlər doktoru Ataxan Paşayev vəfat edib.
O, 84 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Ataxan Paşayev 1938-ci ildə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Başkənd kəndində anadan olub. 1963-cü ildə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini fərqlənmə diplomu ilə bitirib. Əmək fəaliyyətnə 1962-ci ildə Oktyabr İnqilabı və Sosialist Quruculuğu arxivində böyük elmi işçi kimi başlayıb. 1963-1965-ci illərdə Arxiv İdarəsinin baş metodisti, 1966-1982-ci illərdə Respublika Mərkəzi Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin direktoru, 1982-1984-cü illərdə Azərbaycan Dövlət Politexnik İnstitutunun baş müəllimi işləyib.
1984-cü ildən 2018-ci ilə qədər Milli Arxiv İdarəsinin rəisi olub.
“Şöhrət” ordeni ilə təltif olunub.