• Toplum
  • 11 Avqust 20:35
  •  1 631

Azərbaycan və Qazaxıstan gəncləri arasında əməkdaşlıq əlaqələri genişlənir

Azərbaycan heyəti Aktau şəhərində Yessenov Universitetini ziyarət ediblər

"İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı, "Azxeber.com" informasiya portalının təsisçiləri Hacıbəy Heydərli və Əfsələddin Ağalarov Qazaxıstanın Aktau şəhərində səfərdə olublar.

Aznews.az xəbər verir ki, azərbaycanlı gənclər səfər çərçivəsində şəhərin bir sıra rəsmi qurumlarında, eyni zamanda media və gənclər təşkilatlarında görüşlər keçiriblər.

"İslahatçı Gənclər” İctimai Birliyinin heyəti öncə Azərbaycanın Aktaudakı Baş Konsulluğunu ziyarət edib. Ziyarət çərçivəsində baş konsul vəzifəsini icra edən Elmar Məmmədovun iştirakı ilə Aktau şəhərində yaşayan və təhsil alan bir qrup fəal azərbaycanlı gənclə görüş keçirilib. Görüşdə azərbaycanlı gənclərin Aktau şəhərinin ictimai-siyasi-mədəni həyatına inteqrasiyası, eyni zamanda Vətən müharibəsindən sonra gəncliyimizin qarşısında duran vəzifələr müzakirə edilib. Azərbaycanlı fəal gənclərə ölkəmizdə həyata keçirilən dövlət siyasəti haqqında geniş məlumat verilib.

Daha sonra Azərbaycan heyəti Aktau şəhərində Yessenov Universitetini ziyarət ediblər. Gənclər universitetdə fəaliyyət göstərən Azərbaycan Mərkəzi ilə tanış olub, mərkəzin fəaliyyəti ilə yaxından maraqlanıblar. Universitetin rəhbərliyi ilə keçirilən görüşdə universitetin tələbə təşkilatları ilə əməkdaşlıq məsələləri müzakirə olunub.

Aktauya səfər çərçivəsində "İslahatçı Gənclər” Mangistau vilayəti İcra Hakimiyyətinin Gənclərlə İş İdarəsində qonaq olub. Qazaxıstanlı gənc liderlərlə gənclər siyasəti sahəsində fikir mübadiləsi və təcrübə mübadiləsi aparılıb, yaxın vaxtlarda birgə layihələrin icrası ilə bağlı razılığa gəlinib.

Azərbaycan heyəti daha sonra Qazaxıstanın "Manqustau Media Qrupu”nu ziyarət edib. "Manqustau Media” qrupun rəhbəri Gülmirə Abışeva ilə Azərbaycan və Qazaxıstan mediası arasında əməkdaşlığın perspektivlərini müzakirə edilib, ölkəmizdə aparılan media islahatları haqqında qazaxıstanlı jurnalistlərə geniş məlumat verilib.

Azərbaycanlı gənclərin növbəti görüşü Qazaxıstanın "Aqtau” televiziyasında baş tutub. Nümayəndə heyəti kanalın fəaliyyəti ilə yaxından tanış olub, televiziya əməkdaşlarına Azərbaycan-Qazaxıstan münasibətləri ilə bağlı müsahibə veriblər.

"İslahatçı Gənclər” İctimai Birliyinin Aktau şəhərinə səfəri Qazaxıstan mediasının diqqəti mərkəzində olub. Qazaxıstan mediası səfərlə bağlı çoxsaylı xəbərlər dərc edib.

Qeyd edək ki, "İslahatçı Gənclər” İctimai Birliyinin Aktau şəhərinə səfərinə Azərbaycanın Aktau şəhərində Baş Konsulluğu dəstək verib.

image description image description image description image description image description