• Toplum
  • 22 Noyabr 13:04
  •  1 640

DİN: Qadın sərnişinlərə qeyri-etik təkliflər edən taksi sürücüləri cəzalandırılıb

Paytaxtda polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində cari ilin noyabr ayı ərzində müxtəlif taksi şirkətlərinin sürücüləri tərəfindən 31 hüquqpozma faktı qeydə alınıb.

Bu barədə Aznews.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, onlardan 1 fakt üzrə narkotik vasitələrin qanunsuz dövriyyəsi, 1 fakt üzrə oğurluq cinayəti, 29 fakt üzrə qadın sərnişinlərə qarşı qeyri-etik təkliflərlə bağlı olub.

Qeyd edilib ki, törədilən və texniki vasitələrlə qeydə alınan hüquqozma halları ilə bağlı 29 sürücü inzibati məsuliyyətə, 2 sürücü isə cinayət məsuliyyətinə cəlb edilib.

Digər faktlar üzrə hazırda araşdırmalar davam etdirilir.