• Toplum
  • 9 Dekabr 2022 19:56
  •  4 024

Azərbaycanda bir qrup dindar İranın siyasətinə etiraz bəyanatı qəbul edib

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Milli Müdafiə Universitetinin rektoru general-leytenant Heydər Piriyev və Türkiyə Respublikasının Baş Qərargahının ikinci rəisi ordu generalı Selçuk Bayraktaroğlunun rəhbərliyi ilə Türkiyənin Ankara şəhərində keçirilən 14-cü Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası başa çatıb.

Aznews.az xəbər verir ki, Müdafiə Nazirliyindən verilən xəbərə görə, iclasda Azərbaycan ilə Türkiyə arasında hərbi, hərbi-texniki, hərbi tibb, hərbi təhsil və digər sahələrdə ikitərəfli əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri nəzərdən keçirilib, əsas fəaliyyət istiqamətləri müzakirə edilib.