- Toplum
- 31 İyul 2023 17:50
- 26 113
Aynur Camalqızına qarşı iftira media cameəsini ayağa qaldırdı - JURNALİST HƏMRƏYLİYİ
Sosial şəbəkələrdə keçmiş millət vəkili, tanınmış jurnalist, "Teleqraf Holding"in rəhbəri Aynur Camalqızına qarşı başladılan çirkin kampaniya həmkarları tərəfindən şiddətlə qınanıb. Yazarım həmkarları sosial şəbəkədə redaktora öz dəstəyini bildiriblər. Onlar Aynura Camalqızına qarşı səsləndirilən fikirləri Azərbaycan qadınına qarşı atılan çirkli çamur adlandırıblar.
AzNews.az rəyləri təqdim edir:
"Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı :
“Statuslardan indi oxudum ki , Aynur Camal kimlər tərəfindənsə təhqir olunub , aşağılanlb , ünvanına böhtan atılıb.Ay vicdansızlar , Azərbaycan xanımını da hec təhqir edərlər ? İstəyiniz nədir , bununla nə əldə edirsiz ? Atalar misalı , quyunu gen qaz , vaxt gələr özün düşərsən.Aynur xanıma atdığınız bu böhtan , təhqir , kin , nifrin dolu quyuya özünüz düşəndə bilərsiz vaxtilə aşağıladığınız insanlar nələr cəkib.Etməyin ! Linç kampaniyasına son verin !”
Yeni Müsavat qəzetinin baş redaktoru Rauf Arifoğlu da Camalqızına qarşına başladılan kampaniyaya səssiz qalmayıb.
“ Dəyərli ziyalımız, 3-cü dönəm Azərbaycan millət vəkili, əziz bacım Aynur Camalqızına atılan şərəfsiz böhtan, haqqında yazdırılan iftira və qaralama cəmiyyətimiz tərəfindən dəf edildi. Azərbaycan ictimaiyyəti onu dəstəklədi; hazırda sosial mediada hər kəs Aynur Camalqızı ilə birgə fotolarını paylaşır.
Aynur xanımı və onunla bərabər əksər hallarda bizləri də hədəfə aldıran, sifarişi verən bəlli adamdır. Bu həmin adamdır ki, "onun iqtidar olmaması üçün əlimdə silah döyüşməyə hazıram", mesajını dəfələrlə vermişəm. Çünki adama bələdəm, yaxından tanıyıram...
O, hər zaman belə edir. Onun İyrənc böhtanlarına tanınmış ictimai -siyasi xadimlərin əksəriyyəti tuş gəlib. Çevrəsi də özü kimidir və adam rəsmən mənəvi terror dəstəsi saxlayı".
Tanınmış telejurnalist Ilhamiyyə Rza da Aynur Camal haqqında paylaşım edib.
“Sosial şəbəkələr, heç şübhəsiz ki, fikir və ifadə azadlığını təmin edən möhtəşəm platformalardır. Bundan (eləcə də, söz azadlığından) sui-istifadə edənlər bu platformanın sonunu çatdıracaqalar. Heç kim burda təhqirlərdən sığortalanmayıb. Bunun qarşısını almaq yollarını axtarmaq vaxt itkisidir sadəcə. Qanun vətəndaşı qorumalıdır, böhtandan, təhqirdən, şəxsi həyata müdaxilədən.
Hüquq mühafizə orqanları, məncə bu istiqamətdə səylərini gücləndirsinlər’.
"Çapar" jurnalının təsisçisi Dilqəm Əhməd:
“Əziz Aynur Camal, hər zaman yanınızdayıq. Mənə elə gəlir ki, dəstək mesajlarından hər şey bəllidir, eyni zamanda da məsələni hüquqi müstəvidə də aparmaq gərəklidir ki, sabah başqa insanlara bu kimi iftiralar atılmasın”.
AzNews.az saytının baş redaktoru Taleh Şahsuvarlı:
“Dövlət və ictimai maraqlar mövqe tələb edəndə Aynur Camal ən çox gözə dəyən imzalardandır. Aynur xanıma atılan çirkin iftiralar təkcə bir qadına ünvanlanmaylb, bütün milli imzalara qarayaxma, dövlətin və cəmiyyətin maraqlarının ifadəçilərini susdurmaq, pisikdirmək cəhdidir. İndi dövlət mövqeyini ortaya qoymalı və həmin iftira şəbəkəsini qanunla cəzalandırmalıdır. Azərbaycan qanunları jurnalistin peşə fəaliyyətinə mane olmaq üçün edilən hər cür müdaxiləni yasaqlayır. Azərbaycanın hüquq-mühafizə orqanlarını hərəkətə keçməyə dəvət edirəm”.
Globalinfo.az saytının baş redaktoru Azər Ayxan Aynur Camalqızına qarşı olan bu hücumu pisləyib:
“Aynur Camal, sən qaya kimi adamsan, yel səndən heç nə apara bilməz. 20 illik dostun olaraq yanında olduğumu bilməni istədim. Bu gün sənin yanında olmaq, əxlaqsızlığa qarşı dirənməkdir. Səni müdafiə etmək, Azərbaycan qadınını müdafiə etməkdir. Sənə olan haqsız və yersiz hücumu, onun müəlliflərini lənətləyirəm!”
Saat24.az saytının əməkdaşı Coşqun Abdullaoğlu:
“Aynur Camal haqqında iftira dolu yazılanları kəskin şəkildə qınayıram.
Bir ana haqqında bunları yazmaq konkret olaraq şərəfsizlikdir.
Ayıb olsun, ayıb. Aynur Camal həmkar olduğu üçün yox, Azərbaycan qadını olduğu üçün müdafiə edilməlidir”.
Ayan Rzayeva