• Toplum
  • 17 Sentyabr 2023 22:18
  •  5 004

Bəzi rayonlarda şimşək çaxıb, leysan yağıb, külək güclənib - FAKTİKİ HAVA

Saat 21:00-a olan məlumata əsasən Quba, Qusar, Şəki, Xaltan, Şahdağ, Sabirabad, Göyçay, Zərdab, Cəfərxan, Qəbələ, Oğuz, Altıağac, Şabran, Daşkəsən, Bakıda şimşək çaxıb, arabir leysan yağıb.

Bu barədə Aznews.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Külək: Şimal-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında 20-25 m/s, Neftçalada 20 m/s-dək güclənib.

Havanın temperaturu: Bakıda və Abşeron yarımadasında 20-23° isti, aran rayonlarında 23-26° isti, dağlıq rayonlarda 7-12° isti qeydə alınıb.