• Toplum
  • 12 Yanvar 2024 12:23
  •  4 625

Nəsimi rayon sakinlərinin məmnunluğunun təmin edilməsi üçün əlimizdən gələni əsirgəmirik - Əziz Zeynalov

“Türkiyə -Azərbaycan dostluğuna həsr olunan “İzmit parkı” əsaslı şəkildə təmir edilir. Sakinlərin məmnunluğunun təmin edilməsi üçün əlimizdən gələni əsirgəməyəcəyik”- bu fikirləri Belediyye.infoya Nəsimi Bələdiyyəsinin sədri Əziz Zeynalov bildirib.

Sədrin sözlərin görə, Nəsimi bələdiyyəsi rayon sakinlərinin müraciətlərinə daim diqqətlə yanaşır və qaldırılan problemlərin həllinə öz töhfəsi verir.

İstər ərazidə yaşayan şəhid və qazi ailələrinə diqqətin göstərilməsi, onların adının əbədiləşdirilməsi, habelə aztəminatlı ailələrlə bağlı məqamlar daim diqqətdə saxlanılır.

“İzmit parkı” bələdiyyənin maliyyəsiylə inşa edilmiş bir parkdır. Və xeyli müddətdir sakinlər tərəfindən isitfadə olunur. Bu günlərdə sakinlərin müraciəti bələdiyyə iclasında müzakirəyə çıxarılmış və parkın əsaslı şəkildə təmir edilməsi qərara alınmışdır. İstənilən halda biz bir bələdiyyə olaraq sakinlərimizə dövlətimzin göstərdiyi qayğı və diqqətə əlavə olaraq bizdə töhfəmizi verməyə borcluyuq.

Bununla yanaşı qeyd edək ki, həyata keçirdiyimiz bütün layihələrdə Nəsimi RİH-in dəstəyini hiss edirik.