- Toplum
- 20 Avqust 2024 19:18
- 5 542
Müğənni Sevda Sanaliyevanı təqib etməkdə şübhəli bilinən şəxs saxlanılıb
Müğənni Sevda Sanaliyevanın bir nəfər tərəfindən təqib edilməsi ilə bağlı müraciəti araşdırılıb.
Aznews.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidmətindən bildirilib.
Vurğulanıb ki, həmin şəxs müəyyən olunaraq polis orqanına dəvət edilib.
"Araşdırmanın nəticəsinə əsasən həmin şəxs saxlanılıb. Barəsində protokol tərtib edilib. Baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndəriləcək", - məlumatda qeyd olunub.