- Toplum
- 16 May 17:17
- 1 680
BDU-da “Biz Kimik: Qloballaşma və milli dəyərlər” mövzusunda görüş keçirilib

Bakı Dövlət Universitetində BDU SABAH Mərkəzinintəşkilatçılığı ilə tanınmış iqtisadçı ekspert, Baker Tilly Azərbaycan şirkətinin Maliyyə və Biznes MəsləhətXidmətləri üzrə direktoru Fərhad Pərvizi ilə “Biz Kimik: Qloballaşma və milli dəyərlər” mövzusundagörüş keçirilib.
BDU Sabah Mərkəzinin rəhbəri Səbinə Ömərova, qonağı auditoriyaya təqdim edərək bildirib ki, FərhadPərvizi maliyyə və biznes məsləhətləri sahəsində 26 illik peşəkar təcrübəyə malikdir O, Arizona DövlətUniversitetində Təchizat Zəncirinin İdarə Edilməsiüzrə Magistr, həmçinin Dövlət Neft Akademiyası vəABŞ-ın Corciya Dövlət Universitetində MBA dərəcələrinə malikdir. Fərhad Pərvizinin “İqtisadiözünümüdafiə dərsləri” kitabı ABŞ KonqresKitabxanasında “azərbaycanlı iqtisadçının yeganəkitabı” olaraq qeyd olunur.
Görüşdə qloballaşmanın cəmiyyətə müsbət və mənfitəsirləri, müasir sosial və mədəni dəyişikliklər, həmçinin fərdiyyətçilik və kollektiv dəyərlər, millikimlik arasında balans məsələləri geniş müzakirəolunub. Fərhad Pərvizi çıxışında qloballaşmanınmüsbət və mənfi tərəfləri ilə yanaşı, müasir cəmiyyətinqarşısında duran əsas problemlərdən biri kimifərqindəlik məsələsinə də toxunulub. O, qloballaşmanın sürətlə inkişaf etdiyi dövrdə fərdlərinöz kimliklərini tapmaqda çətinlik çəkdiyini, dünyanınhər yerində eyni dəyərlərin tətbiq edilməsinininsanların milli və mədəni fərqliliklərini unutmalarınasəbəb olduğunu bildirib. Bu zaman, cəmiyyətin fərdivə kollektiv dəyərləri arasında ciddi gərginlikləryarandığını vurğulayıb.
O, Avropada ailə institutunun tənəzzülünü və ənənəvidəyərlərin zəifləməsini, bəzi Qərb ölkələrində ailəninsosial rolunun dəyişməsini və fərdi azadlıqlarınkollektiv dəyərlər üzərində üstünlük təşkil etməsiniqeyd edib. Bu yanaşmanın uzunmüddətli sosialnəticələrinin, o cümlədən ailə strukturlarının zəifləməsivə cəmiyyətin parçalanmasına səbəb olduğunu bildirib.
Davranış iqtisadiyyatı mövzusuna da toxunan FərhadPərvizi, insanların seçimlərini necə formalaşdırdığınıvə qlobal bazarlarda müxtəlif manipulyasiyametodlarının necə işlədiyini diqqətə çatdırıb. Davranışiqtisadiyyatının bu mənada həm cəmiyyətin sosialdavranışlarını anlamağa, həm də fərdlərin özseçimlərini daha sağlam şəkildə dəyərləndirmələrinəimkan yaratdığını qeyd edib.
İqtisadçı ekspert müasir özünü reallaşdırma anlayışınınəhəmiyyətini də qeyd edib. O, insanların özpotensiallarını və daxili istedadlarını kəşf etməkdədaha sərbəst olduqları bir dövr yaşadığını, lakin bununbəzən fərdin kimlik böhranına səbəb ola biləcəyiniifadə edib. O, eyni zamanda, insanların qlobal düşüncəilə yanaşı, milli kimlik və mənəvi dəyərlərə bağlıqalaraq özlərini daha sağlam şəkildəreallaşdırmalarının lazım olduğunu vurğulayıb.
Məruzəçi müasir feminizm və onun cəmiyyətdəki roluilə bağlı da fikirlərini bildirib. Müasir feminist hərəkatları qadınların hüquqlarını müdafiə etməyiməqsəd qoyarkən, bəzən ailə institutunun dəyərlərinivə ənənəvi gender rollarını tənqid etdiyini, bunun isəcəmiyyətin sabitliyinə zərər verə biləcəyini qeyd edib.
Görüşün sonunda tədbir iştirakçıları, SABAH qrupunun tələbələri və müəllimləri müasir dövrdəcəmiyyətin qarşılaşdığı sosial və iqtisadi çağırışlarlabağlı bir sıra suallar verərək, öz fikirlərini bölüşüblər. Fərhad Pərviz, gəncləri daha çox fərqindəlikyaratmağa, özlərini və dəyərlərini tanımağa və millikimliklərini qoruyaraq özünü reallaşdırmağa çağırıb.




