• Toplum
  • 13 İyun 09:50
  •  1 095

Buzovnada işıq olmayacaq

Bu gün Bakının Xəzər rayonunun Buzovna qəsəbəsində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Bu barədə “Azərişıq” ASC-dən məlumat verilib.

Bildirilib ki, Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarəsinə (RETSİ) daxil olan bir sıra ərazilərdə elektrik naqillərinin yenilənməsi ilə əlaqədar iyunun 13-də elektrik xətləri sifarişə əsasən açılacaq.

Saat 10:00-dan saat 15:00-dək Buzovna qəsəbəsi Ruhulla Axundov və Heydər Eyvazov küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Yenidənqurma işləri başa çatdıqdan sonra sözügedən küçələr daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.