- Toplum
- 09:56
- 1 344
Medianın İnkişafı Agentliyi “Euronews”la birlikdə jurnalistlər üçün təlim keçirilir

“Bu gün Medianın İnkişaf Agentliyinin dəstəyi və “Euronews”un iştirakı ilə Azərbaycanda “Euronews Akademiyası” layihəsinə start veririk. Bu, son illər mətbuat tariximizdə bir ilkdir”.
Bu sözləri Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli deyib.
Natiq Məmmədli qeyd edib ki, “Euronews” ölkədə jurnalistikanın inkişafı üçün böyük imkanlar yaradacaq:
“Müasir jurnalistika trendləri jurnalistlərə təqdim olunacaq, rəqəmsal mühitdə jurnalistikanın prinsipləri ilə bağlı əhatəli təlimlər keçiriləcək. Sosial şəbəkələrin idarə olunması və rəqəmsal kontentin yaradılması ilə bağlı yeniliklər də layihə çərçivəsində jurnalistlərə öyrədiləcək. Təlimləri “Euronews”un beynəlxalq ekspertləri həyata keçirəcək.
Belə bir layihənin reallaşdırılması media sahəsində ciddi irəliləyişə səbəb olacaq. Cəmiyyətimiz müasir xəbər konteksti ilə yaxından tanış olacaq".
AzNews.az