Aprelin 5-i keçirilmiş 9-cu siniflər üzrə buraxılış imtahanında 8 nəfər maksimal olan 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.
Aznews.az xəbər verir ki, Bu barədə DİM-dən məlumat verilib.

Qeyd edilib ki, bu imtahanda iştirakı nəzərdə tutulan 49701 nəfərdən 326 nəfər imtahana gəlməyib. Tələb olunan imtahan qaydalarını pozduğu üçün 6 nəfər imtahandan xaric olunub.